Kaliforniya Ştat Assambleyası, "Stop Killing Games" hərəkatının tələbləri çərçivəsində hazırlanan "Protect Our Games Act" (Oyunlarımızı Qoruyun Aktı) adlı qanun layihəsini qəbul edib. Bu qanun, istehlakçıların rəqəmsal oyun mülkiyyət hüquqlarını qorumağı hədəfləyir.
Qeyd edək ki, "Stop Killing Games" hərəkatı, şirkətlərin oyunların serverlərini bağlayaraq və ya yeniləmələri dayandıraraq oyunları yararsız hala salmasına qarşı mübarizə aparır. Yeni qanun, bu cür hərəkətlərin qarşısını almaq üçün hüquqi baza yaradır.
Hələlik qanunun yalnız Assambleyadan keçdiyi məlumdur. Onun qüvvəyə minməsi üçün Senat tərəfindən də təsdiqlənməsi və qubernator tərəfindən imzalanması lazımdır.
Mənbə: Eurogamer (https://www.eurogamer.net/stop-killing-games-passes-floor-vote-california)

