Valve'in uzun müddətdir gözlənilən konsolu Steam Machine üçün yeni ipucları ortaya çıxıb. Steam'in back-end sistemində aşkarlanan "Welcome Tour" adlı yeniləmə, cihazın buraxılış tarixinin yaxınlaşdığını göstərə bilər.
Qeyd edək ki, Steam Machine əvvəlcə 2026-cı ilin birinci rübündə satışa çıxarılması planlaşdırılsa da, sonradan bu tarif təxirə salınmışdı. Valve isə dəfələrlə konsolun 2026-cı ildə buraxılacağını təsdiqləmişdi. Son məlumatlara görə, şirkət indi hədəfi ilin birinci yarısına dəyişib.
"Welcome Tour" xüsusiyyəti, adətən yeni cihazlarda istifadəçilərə tanışlıq təcrübəsi təqdim etmək üçün istifadə olunur. Bunun Steam Machine üçün hazırlanması, konsolun satışa çıxmasından əvvəl son hazırlıqların aparıldığına işarədir.
Hələ ki Valve rəsmi olaraq heç bir açıqlama verməsə də, bu tip back-end yeniləmələri tez-tez rəsmi elandan əvvəl gəlir. Steam Machine'in dizaynı, bir PC-ni xatırlatsa da, konsol formatında olacaq və SteamOS əməliyyat sistemi ilə işləyəcək.
Güman edilir ki, Valve yaxın həftələrdə Steam Machine'in buraxılış tarixini rəsmən elan edə bilər. Oyunçular üçün maraqlı olan bu cihaz, PC oyunlarını rahat konsol təcrübəsi ilə birləşdirməyi hədəfləyir.
Mənbə: Eurogamer (https://www.eurogamer.net/steam-machine-release-date-soon-welcome-tour)

