Nvidia'nın uzun müddətdir gözlənilən Arm əsaslı laptop prosessorları nəhayət rəsmi olaraq təqdim olunmaq üzrədir. Şirkət bu həftə sonu Taypeydə keçirilən Computex sərgisində öz yeni N1 və N1x çiplərini açıqlayacaq.
Bu barədə ipucular artıq bir müddətdir gəlsə də, indi Microsoft, Arm və Nvidia'nın özü sosial mediada eyni anda "PC-nin yeni erası" mesajını paylaşaraq təsdiqləyib. Hər üç paylaşımda Taypeydəki Computex məkanının koordinatları yer alıb.
Nvidia'nın baş direktoru Jensen Huang Computex'də bazar ertəsi səhər saatlarında (Bakı vaxtı ilə) çıxış edəcək. Məlumata görə, məhz bu çıxışda yeni N1x prosessorları rəsmən təqdim olunacaq. Bu çiplər Arm arxitekturasına əsaslanacaq və Windows üçün yüksək performanslı laptop həlli təklif edəcək.
Qeyd edək ki, Nvidia artıq bir müddətdir öz prosessorlarını hazırlayır və bu addım şirkətin laptop bazarında rəqabəti daha da artıracaq. Microsoft'un da bu prosesdə yaxından iştirak etməsi Windows ekosistemində Arm dəstəyinin genişləndiyini göstərir.
Computex sərgisi 2025-ci il mayın 30'dan iyunun 2-dək davam edəcək. Nvidia'nın təqdimatı ilə yanaşı, digər böyük texnologiya şirkətlərinin də yeni məhsullarını nümayiş etdirməsi gözlənilir.
Mənbə: The Verge (https://www.theverge.com/news/940275/nvidia-n1x-laptop-processor-arm-microsoft-teaser)



