Computex 2026 sərgisində "Microsoft" şirkəti yeni flaqman noutbuku "Surface Laptop Ultra"-nı təqdim etdi. Cihazın xüsusiyyətləri arasında ən diqqətçəkən məqam isə Nvidia'nın yeni nəsil RTX Spark çipi oldu.
"Nvidia"nın RTX Spark çipi xüsusilə süni intellekt iş yükləri üçün optimallaşdırılıb. Bundan əlavə, "Surface Laptop Ultra" 128 GB-a qədər vahid yaddaş (unified memory) dəstəyi ilə gəlir. Bu, bir çox peşəkar istifadəçi üçün yaddaş problemini tamamilə aradan qaldıra bilər.
Yaddaş və çip birləşməsi noutbuku həm qrafik, həm də emal gücü baxımından son dərəcə iddialı edir. "Microsoft" bu modeli daha çox mühəndislər, məzmun yaradıcıları və süni intellekt tədqiqatçıları üçün hədəfləyir.
"Surface Laptop Ultra"-nın satışa çıxma tarixi və qiyməti hələ açıqlanmayıb. Lakin sərgidə cihazı sınaqdan keçirən jurnalistlər onun performansından təsirləndiklərini bildiriblər. Qeyd edək ki, bu noutbuk "Microsoft"un ən güclü Surface modeli olacaq.
Mənbə: ZDNet (https://www.zdnet.com/article/hands-on-with-the-microsoft-surface-ultra/)

