Square Enix, klassik JRPG seriyasının yeni üzvü Final Fantasy Resonance'ı rəsmi olaraq duyurdu. Bu oyun, seriya tarixində ilk dəfə HD-2D adlanan vizual üslubdan istifadə edir. Daha əvvəl Octopath Traveler və Triangle Strategy kimi oyunlarla tanınan bu stil, piksel-art personajları müasir işıqlandırma və 3D mühitlərlə birləşdirir.
Final Fantasy Resonance həm yeni nəsli konsollarda, həm də PC-də buraxılacaq. Hal-hazırda platforma siyahısına PlayStation, Xbox, Nintendo Switch daxildir. Steam versiyasının da hazırlanması gözlənilir. Oyun haqqında ətraflı süjet detalları hələlik açıqlanmasa da, tamamilə orijinal bir hekayə təqdim edəcəyi bildirilir.
Qeyd edək ki, HD-2D üslubu Square Enix üçün kifayət qədər uğurlu bir formula olub. Şirkət bu texnologiyanı öz klassik françayzlarında sınamaq qərarına gəlib. Final Fantasy Resonance, köhnə məktəb pixel-art görünüşünü müasir oyun mexanikası ilə birləşdirərək həm nostalji axtaran oyunçulara, həm də yeni nəsil oyunçulara hitab etməyi hədəfləyir.
Final Fantasy Resonance'ın çıxış tarixi hələlik dəqiqləşdirilməyib. Amma Square Enix yaxın aylarda daha ətraflı məlumat paylaşacağını vəd edir. Oyunla bağlı yeni treyler və gameplay görüntülərinin qarşıdan gələn tədbirlərdə nümayiş etdiriləcəyi gözlənilir.
Mənbə: Engadget (https://www.engadget.com/2190521/new-hd-2d-final-fantasy-announced-for-consoles-and-pc/)

